998-IIIQ - Fǝrdi mǝlumatlar haqqında 12/10/2022, 12:56 10.2. Mülkiyyətçi fərdi məlumatların toplanılması və işlənilməsi zamanı operatorun vəzifələrini yerinə yetirdikdə, bu Qanunla operator üçün müəyyən olunmuş vəzifələr mülkiyyətçiyə şamil edilir. 10.3. Operatorun vəzifələri bu Qanunla və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq operatorla mülkiyyətçi arasında bağlanmış müqavilənin şərtləri ilə müəyyən olunur. 10.4. Fərdi məlumatların toplanılması və işlənilməsi zamanı operatorun vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini, onların təhlükəsizliyini təmin etməkdən, habelə mülkiyyətçi ilə bağlanmış müqavilədən irəli gələn şərtləri yerinə yetirməkdən ibarətdir. 10.5. Operator Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada kəşfiyyat və əks-kəşfiyyat, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə şərait yaratmalı, müvafiq təşkilati və texniki məsələləri həll etməli və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulların konfidensiallığına əməl etməlidir. 10.6. Mülkiyyətçi müvafiq icra hakimiyyəti orqanının bu Qanunla ona həvalə edilmiş vəzifələrinin yerinə yetirilməsinə dair tələblərini icra etməli və bu barədə 7 iş günü müddətində ona məlumat verməlidir. Maddə 11. Fərdi məlumatların toplanılmasının xüsusiyyətləri 11.1. Mülkiyyətçi və ya operator subyektdən yalnız işlənilmə məqsədlərinə nail olmaq üçün zəruri olan fərdi məlumatları almaq hüququna malikdir. 11.2. Mülkiyyətçi və ya operator fərdi məlumatları toplayarkən subyektə aşağıdakıları mütləq bildirməlidir: 11.2.1. mülkiyyətçinin və ya operatorun kimliyini müəyyənləşdirən məlumatlar; 11.2.2. fərdi məlumatların işlənilmə məqsədi və bu məqsədin hüquqi cəhətdən əsaslandırılması; 11.2.3. toplanılan və işlənilən fərdi məlumatların informasiya sistemində mühafizə səviyyəsi; 11.2.4. informasiya sistemlərinin uyğunluq sertifikatının mövcudluğu və dövlət ekspertizasından keçirilməsi haqqında məlumat; 11.2.5. fərdi məlumatların nəzərdə tutulan istifadəçilərinin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sisteminin dairəsi; 11.2.6. subyektin bu Qanunla müəyyən olunmuş hüquqları barədə məlumatlar. 11.3. Fərdi məlumatların təqdim olunması qanunla müəyyən olunmuşdursa, mülkiyyətçi və ya operator subyektə fərdi məlumatların məcburi şəkildə təqdim edilməsindən imtinanın hüquqi nəticələri barədə məlumat verməlidir. Maddə 12. Subyektin sorğusu 12.1. Mülkiyyətçi və ya operator ödənişsiz olaraq subyektə onun haqqında məlumatları təqdim etməli, eləcə də bu Qanunun 7.1-ci maddəsində göstərilmiş hüquqlarını təmin etməlidir. 12.2. Subyekt bu Qanunun 7.1.5-ci və 7.1.6-cı maddələrində göstərilmiş hüquqlarının təmin edilməsi məqsədi ilə sorğu ilə müraciət edərkən zəruri tədbirlərin görülməsi üçün müvafiq sənədləri təqdim etməlidir. 12.3. Subyekt onun barəsində toplanılmış və işlənilən məlumatlarla bağlı mülkiyyətçiyə və ya operatora sorğu ilə müraciət etdikdə, onun sorğusuna mülkiyyətçi və ya operator tərəfindən baxılmalı, sorğunun predmetinə uyğun olaraq icra edilməli, həmin məlumatda digər şəxslər barədə fərdi məlumatlar əks etdirilməməlidir. 12.4. Mülkiyyətçi və ya operator subyektin verdiyi sorğuya daxil olduğu gündən ən geci 7 iş günü keçənədək cavab verməlidir, bununla bağlı üçüncü şəxsə müraciət etmək zərurəti yarandıqda sorğunun icra müddəti daha 7 iş günü uzadıla bilər. 12.5. Mülkiyyətçi və ya operator subyektin sorğusu əsasında fərdi məlumatlarla əlaqədar zəruri tədbirlər (məlumatın dəqiqləşdirilməsi, məlumatın toplanılmasına və işlənilməsinə qadağan qoyulması və s.) görməli, həmin tədbirlər barəsində əvvəllər bu subyektə dair fərdi məlumatların ötürüldüyü üçüncü şəxsə 3 iş günü müddətində məlumat verməlidir. 12.6. Mülkiyyətçi və ya operator subyektin sorğusunun icrasından qanunvericiliklə müəyyən edilmiş əsaslarla imtina etdikdə subyektə sorğusunun alındığı gündən 5 iş günü keçənədək əsaslandırılmış cavab verməlidir. Maddə 13. Fərdi məlumatların verilməsi 13.1. Bu Qanunun 8.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı razılığı ilə yol verilir. 13.2. Subyektin razılığı olmadan fərdi məlumatların verilməsinə yalnız aşağıdakı hallarda yol verilir: 13.2.1. açıq kateqoriyalı fərdi məlumatlar verildikdə; https://e-qanun.az/framework/19675 Page 6 of 9

Select target paragraph3