998-IIIQ - Fǝrdi mǝlumatlar haqqında
12/10/2022, 12:56
13.2.2. konfidensial fərdi məlumatlar dövlət və ya yerli özünüidarə orqanları tərəfindən onlara həvalə edilmiş vəzifələrin icrası ilə
bağlı verildikdə və bu zaman fərdi məlumatların informasiya sistemləri üçün qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl
edildikdə;
13.2.3. fərdi məlumatların verilməsi subyektin həyat və sağlamlığının qorunması məqsədləri üçün lazım olduqda və onun razılığını
təxirə salınmadan almaq mümkün olmadıqda.
13.2-1. Vergi vә maliyyә mәlumatlarının mübadilәsini nәzәrdә tutan Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrә
uyğun olaraq, bu dövlәtlәrin hüquqi vә fiziki şәxslәrinin Azәrbaycan Respublikası әrazisindә hәyata keçirdiklәri maliyyә әmәliyyatları barәdә
mәlumatlar müvafiq icra hakimiyyәti orqanının müәyyәn etdiyi hәdlәrdә vә qaydada birbaşa vә ya müvafiq icra hakimiyyәti orqanı vasitәsilә hәmin
[2]
xarici dövlәtlәrin sәlahiyyәtli orqanlarına verilir.
13.3. Fərdi məlumatların verilməsinə razılıq subyekt tərəfindən geri çağırıla bilər. Subyekt tərəfindən fərdi məlumatların
verilməsinə dair razılığın geri çağırılması mülkiyyətçiyə, operatora və üçüncü şəxslərə məlum olduğu andan onlar həmin məlumatların
verilməsini dərhal dayandırmalıdırlar.
Maddə 14. Fərdi məlumatların transsərhəd ötürülməsi
14.1. Fərdi məlumatların transsərhəd ötürülməsi bu Qanunla müəyyən olunan tələblərə riayət edilməklə və bu maddənin müəyyən
etdiyi xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilir.
14.2. Fərdi məlumatların transsərhəd ötürülməsi aşağıdakı hallarda qadağan edilir:
14.2.1. Azərbaycan Respublikasının milli təhlükəsizliyi üçün təhdid yaratdıqda;
14.2.2. fərdi məlumatların ötürüldüyü ölkənin qanunvericiliyi həmin məlumatların Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş səviyyədə hüquqi mühafizəsini təmin etmədikdə.
14.3. Subyektin fərdi məlumatların transsərhəd ötürülməsinə razılıq verdiyi, habelə fərdi məlumatların ötürülməsinin subyektin
həyat və sağlamlığının qorunması üçün zəruri olduğu hallarda fərdi məlumatların transsərhəd ötürülməsi onların hüquqi mühafizəsi
səviyyəsindən asılı olmayaraq həyata keçirilə bilər.
14.4. Fərdi məlumatların transsərhəd ötürülməsi zamanı bu məlumatların təhlükəsizliyi mülkiyyətçi və ya operator tərəfindən
təmin edilir.
V fəsil
FƏRDİ MƏLUMATLARIN TOPLANILMASI, İŞLƏNİLMƏSİ VƏ MÜHAFİZƏSİ SAHƏSİNDƏ DÖVLƏT TƏNZİMLƏMƏSİ
TƏDBİRLƏRİ
Maddə 15. Fərdi məlumatların informasiya sistemlərinin qeydiyyatı
15.1. Fərdi məlumatların informasiya sistemləri, o cümlədən bu Qanunun qüvvəyə minməsinə qədər mövcud olan informasiya
sistemləri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçməlidir. Fərdi məlumatların informasiya sistemlərinin dövlət
qeydiyyatına alınması və dövlət qeydiyyatının ləğv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
15.2. Bu Qanunun 3.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların informasiya sistemini dövlət
qeydiyyatından keçirmədən fərdi məlumatların toplanılmasına və işlənilməsinə yol verilmir.
15.3. Aşağıdakı fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatından keçirilməsi tələb olunmur:
15.3.1. dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət sirrinə aid olan fərdi məlumatların
informasiya sisteminin;
15.3.2. mülkiyyətçi və ya operatorla əmək münasibətlərində olan subyektlərə aid və ya onların iş ərazisinə buraxılması üçün zəruri
olan fərdi məlumatların informasiya sisteminin;
15.3.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş, fərdi məlumatların işlənilmə məqsədindən və subyektlərin
sayına qoyulan maksimal həddən asılı olaraq, dövlət qeydiyyatından keçirilməsi tələb olunmayan hallarda yaradılan fərdi məlumatların
informasiya sistemlərinin.
15.4. Fərdi məlumatların informasiya sisteminin dövlət qeydiyyatı mülkiyyətçinin yazılı müraciəti əsasında 1 ay müddətində
həyata keçirilir. İnformasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün həmin müraciətdə fərdi məlumatların informasiya
sistemi barədə aşağıdakı əsas məlumatlar təqdim edilir:
15.4.1. mülkiyyətçinin kimliyini müəyyənləşdirən məlumatlar;
15.4.2. informasiya sisteminin yaradılmasının hüquqi əsasları;
15.4.3. fərdi məlumatların işlənilmə məqsədi və nəzərdə tutulan üsulları;
15.4.4. informasiya sistemində işlənilən fərdi məlumatların kateqoriyaları;
https://e-qanun.az/framework/19675
Page 7 of 9