998-IIIQ - Fǝrdi mǝlumatlar haqqında
12/10/2022, 12:56
9.4. Fərdi məlumatların toplanılması və işlənilməsi məqsədlərinə nail olunduqda və onların saxlanılması zərurəti aradan qalxdıqda
həmin məlumatlar təxirə salınmadan məhv edilməlidir.
9.5. Fərdi məlumatların bu Qanunla müəyyən olunmuş toplanılması və işlənilməsi şərtləri insan orqanizminin bioloji
xüsusiyyətlərini səciyyələndirən və onun kimliyini birmənalı olaraq müəyyənləşdirməyə imkan verən məlumatların — əl-barmaq və
ovuc izləri, üz təsviri, gözün qüzehli və tor qişası, səs fraqmenti və onun akustik parametrləri, dezoksiribonuklein turşusu (DNT)
analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətlərinin və fiziki çatışmazlıqlarının təsviri, yazı xə(i və imzası, habelə digər
biometrik məlumatların toplanılmasına və işlənilməsinə tam həcmdə şamil edilir.
[1]
9.6. Fərdi məlumatların toplanılması və işlənilməsi yalnız aşağıdakı şərtlərdən biri olduqda həyata keçirilə bilər:
9.6.1. subyekt fərdi məlumatların toplanılmasına və işlənilməsinə öz razılığını verdikdə və ya bu məlumatlar açıq kateqoriyalı
olduqda;
9.6.2. fərdi məlumatlar onların toplanılması və işlənilməsi məqsədlərini və üsullarını müəyyən edən qanunvericilik əsasında
işlənildikdə;
9.6.3. elmi və statistik tədqiqat məqsədləri üçün fərdi məlumatlar onların mütləq qaydada adsızlaşdırılması aparılmaqla
işlənildikdə;
9.6.4. fərdi məlumatların toplanılması və işlənilməsi subyektin həyat və sağlamlığını qorumaq üçün lazım olduqda.
9.7. Xüsusi kateqoriyalı məlumatların toplanılmasına və işlənilməsinə, aşağıdakı hallar istisna olmaqla, yol verilmir:
9.7.1. xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi qanunla müəyyən olunmuş hallarda məcburi xarakter
daşıdıqda;
9.7.2. xüsusi kateqoriyalı məlumatlar bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada açıq məlumatlar kateqoriyasına
aid olduqda;
9.7.3. xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi subyektin, digər şəxsin və ya müvafiq şəxslər qrupunun həyat və
sağlamlığının qorunması üçün zəruri olduqda və belə məlumatların əldə olunması üçün subyektin razılığının alınması mümkün
olmadıqda;
9.7.4. ictimai birliklərin və digər qeyri-kommersiya təşkilatlarının üzvlərinə aid olan xüsusi kateqoriyalı məlumatların toplanılması
və işlənilməsi həmin təşkilatlar tərəfindən öz qanuni məqsədlərinə nail olmaq məqsədi ilə və üçüncü şəxsə subyektin razılığı olmadan
verilməmək şərti ilə aparıldıqda.
9.8. Bu Qanunun 9.7-ci maddəsində nəzərdə tutulmuş hallarda xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi
səbəbləri aradan qaldırıldıqda həmin məlumatlara dərhal qadağan qoyulmal��, xüsusi kateqoriyalı məlumatların subyekti həmin
məlumatların informasiya sistemində saxlanmasına və ya arxivə verilməsinə razılıq vermədikdə bu məlumatlar təxirə salınmadan məhv
edilməlidir.
9.9. Mülkiyyətçi fərdi məlumatların toplanılmasını və işlənilməsini müqavilə əsasında, fərdi məlumatların mühafizəsinin təmin
olunması şərti ilə operatora həvalə etmək və ya özü operator kimi fəaliyyət göstərmək hüququna malikdir.
9.10. Fərdi məlumatlara dair ümumi istifadəli və korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatlar
ödənişli əsaslarla üçüncü şəxslərə təqdim oluna bilər. Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların
ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
9.11. Fərdi məlumatların korporativ informasiya sistemlərində bu sistemlərdən istifadə etmək hüququ olan istifadəçilərə xidmət
göstərilir.
9.12. İnformasiya sistemlərində və ehtiyatlarında fərdi məlumatların toplanılması, işlənilməsi, sorğuların verilməsi və icrası,
ərizələrin qeydiyyatının və baxılmasının nəticələri, habelə informasiya sistemlərinin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyatlar
barədə qeydlərin müvafiq nəzarət-audit jurnallarında toplanılması mülkiyyətçi və ya operator tərəfindən təmin olunur.
9.13. Elmi və statistik tədqiqatlar həyata keçirilərkən operator aldığı fərdi məlumatları adsızlaşdırmalıdır. Adsızlaşdırılmış
məlumatların işlənilməsi nəticələrinin dövlət sirri təşkil edən məlumatlara aid edildiyi halda həmin məlumatların qorunması dövlət sirri
haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.
9.14. Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin
göstərilməsi yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.
Maddə 10. Mülkiyyətçinin və operatorun vəzifələri
10.1. Fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və
işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Fərdi məlumatların toplanılması və işlənilməsi, həmin
məlumatların mühafizəsinin tam təmin olunmaması nəticəsində subyektə dəyən maddi və mənəvi ziyan və onun həcmi məhkəmə
tərəfindən müəyyən edilir, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçi tərəfindən ödənilir.
https://e-qanun.az/framework/19675
Page 5 of 9