998-IIIQ - Fǝrdi mǝlumatlar haqqında 12/10/2022, 12:56 2.1.15. fərdi məlumatların adsızlaşdırılması — fərdi məlumatların, onun subyektinin kimliyini müəyyənləşdirməyə imkan verməyən vəziyyətə salınması; 2.1.16. fərdi məlumatların transsərhəd ötürülməsi — fərdi məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət sərhədindən əlaqədar beynəlxalq təşkilatlara, başqa ölkələrin dövlət və ya yerli özünüidarə orqanlarına, hüquqi və ya fiziki şəxslərinə verilməsi; 2.1.17. fərdi məlumatların məhv edilməsi — informasiya sistemində fərdi məlumatların silinməsi, məzmununun sonradan bərpa edilməsi mümkün olmayan vəziyyətə salınması və ya fərdi məlumatlar olan maddi daşıyıcıların məhv edilməsi. 2.2. Bu Qanunda istifadə olunan informasiya, informasiya texnologiyaları, informasiya sistemləri və ehtiyatı, korporativ informasiya sistemi və digər anlayışlardan informasiyanın toplanılması, işlənilməsi və mühafizəsi sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının qanunlarında müəyyən olunmuş mənalarda istifadə olunur. Maddə 3. Fərdi məlumatlar sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi 3.1. Fərdi məlumatlar sahəsində qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan, habelə digər normativ hüquqi aktlardan ibarətdir. 3.2. Azərbaycan Respublikasının milli təhlükəsizliyinin, habelə qanunçuluğun təmin edilməsi məqsədi ilə, kəşfiyyat və əkskəşfiyyat, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar fərdi məlumatların toplanılması və işlənilməsi, dövlət sirrinə aid edilən və milli arxiv fondunda toplanılan fərdi məlumatların mühafizəsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 3.3. Bu Qanunun müddəaları fiziki şəxslər tərəfindən fərdi məlumatların müstəsna olaraq şəxsi və ailə ehtiyacları üçün toplanılmasına və işlənilməsinə şamil edilmir. Maddə 4. Fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin əsas prinsipləri 4.1. Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması, onların informasiya sistemlərinin yaradılması Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq, könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə uyğun həyata keçirilir. 4.2. Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi prosesində insanın həyat və sağlamlığı üçün təhlükə yaradılmasına, onun şərəf və ləyaqətinin alçaldılmasına yol verilmir. II fəsil FƏRDİ MƏLUMATLARIN KATEQORİYALARI, ONLARIN TOPLANILMASININ, İŞLƏNİLMƏSİNİN VƏ MÜHAFİZƏSİNİN TƏNZİMLƏNMƏSİ Maddə 5. Fərdi məlumatların hüquqi rejimi və mühafizəsi 5.1. Fərdi məlumatlar toplandığı andan mühafizə olunur və bu məqsədlə daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. 5.2. Konfidensial fərdi məlumatlar qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun səviyyədə mülkiyyətçi, operator və bu məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən mühafizə olunmalıdır. Konfidensial fərdi məlumatlar qanunla müəyyən olunmuş hallar istisna olmaqla, üçüncü şəxslərə yalnız subyektin razılığı əsasında verilə bilər. 5.3. Açıq fərdi məlumatlar kateqoriyasına müəyyən olunmuş qaydada adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə onun barəsində daxil edilmiş məlumatlar aiddir. Şəxsin adı, soyadı və atasının adı daimi açıq fərdi məlumatdır. Açıq kateqoriyalı fərdi məlumatların konfidensiallığının təmin edilməsi tələb olunmur. 5.4. Xüsusi kateqoriyalı məlumatlar, onların xüsusiyyəti və bu Qanunun 11.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, konfidensial, həm də açıq fərdi məlumatlar kateqoriyasına aid edilə bilər. 5.5. Fərdi məlumatların mühafizəsi mülkiyyətçilər və operatorlar tərəfindən təmin olunmalıdır. Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində fəaliyyət göstərən fiziki şəxslər fəaliyyət müddətində və işdən çıxdıqdan sonra həmin məlumatların yayılmaması barədə yazılı iltizam verməlidirlər. 5.6. Telekommunikasiya, poçt rabitəsi, ünvan və digər sahələr üzrə cəmiyyətin informasiya təminatını ödəmək məqsədi ilə ümumi istifadəli informasiya sistemlərinə subyektin yazılı razılığı əsasında onun təqdim etdiyi məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) daxil edilə bilər. https://e-qanun.az/framework/19675 Page 2 of 9

Select target paragraph3