998-IIIQ - Fǝrdi mǝlumatlar haqqında
12/10/2022, 12:56
5.7. Fərdi məlumatlar ümumi istifadəli informasiya sistemlərinə açıq mənbələrdən daxil edildikdə həmin informasiya sisteminin
operatoru daxil edilən məlumatların tərkibini və əldə edilmə mənbəyini subyektə bildirməlidir. Bu məlumatlar subyektin, məhkəmənin
və ya müvafiq icra hakimiyyəti orqanının yazılı tələbi ilə həmin informasiya sistemindən təxirə salınmadan çıxarılmalıdır.
5.8. Mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin,
qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati
tədbirlər görməlidir.
5.9. Fərdi məlumatların mühafizəsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
5.10. Fərdi məlumatların arxivləşdirilməsinə aid qaydalar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 6. Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində dövlət tənzimləməsinin əsas formaları
6.0. Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində dövlət tənzimləməsi tədbirləri aşağıdakılardan ibarətdir:
6.0.1. milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması və onun təhlükəsizliyinin təmin olunması, bu
sahədə təhdidlərin və mühafizə səviyyəsinin qiymətləndirilməsi;
6.0.2. fərdi məlumatların toplanılmasının və işlənilməsinin hüquqi əsasların��n müəyyən edilməsi;
6.0.3. fərdi məlumatların toplanılması və işlənilməsi zamanı əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi;
6.0.4. fərdi məlumatların toplanılması və işlənilməsi üzrə fəaliyyətin lisenziyalaşdırılması;
6.0.5. fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatının aparılması;
6.0.6. fərdi məlumatların informasiya sistemlərinin, habelə müvafiq informasiya texnologiyaları vasitələrinin sertifikatlaşdırılması;
6.0.7. fərdi məlumatların informasiya sistemlərinin yaradılması və tətbiq edilməsi sahəsində hüquqi və texniki sənədləşdirmənin
standartlaşdırılması;
6.0.8. fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin və onların layihə sənədlərinin dövlət ekspertizasının həyata
keçirilməsi;
6.0.9. dövlət idarələrarası fərdi məlumatların informasiya sistemlərinin yaradılması və idarə edilməsi sahəsində dövlət
tənzimləməsi.
III fəsil
SUBYEKTİN HÜQUQLARI
Maddə 7. Subyektin hüquqları
7.1. Subyekt aşağıdakı hüquqlara malikdir:
7.1.1. informasiya sistemində özü barəsində fərdi məlumatların mövcudluğu, onların mülkiyyətçisi və ya operatoru haqqında
məlumat almaq;
7.1.2. informasiya sistemində özü barəsində fərdi məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin
hüquqi əsaslandırılmasını tələb etmək, bu məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin subyekt üçün
hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq;
7.1.3. informasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq;
7.1.4. informasiya sistemində özü barəsində fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini,
üsullarını, onun fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan
informasiya sistemlərinin dairəsini bilmək;
7.1.5. informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə
müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin məlumatların müəyyən olunmuş qaydada arxivə
verilməsi barədə müraciət etmək;
7.1.6. özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək;
7.1.7. informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat
almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək;
7.1.8. informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların mühafizəsini tələb etmək;
7.1.9. özü barəsində toplanılan və işlənilən fərdi məlumatların olduğu informasiya sistemlərinin uyğunluq sertifikatının
mövcudluğu və dövlət ekspertizasından keçirilməsi haqqında məlumat almaq;
7.1.10. bu Qanunla və Azərbaycan Respublikasının başqa normativ hüquqi aktları ilə müəyyən edilmiş digər hüquqlardan istifadə
etmək.
https://e-qanun.az/framework/19675
Page 3 of 9