998-IIIQ - Fǝrdi mǝlumatlar haqqında 12/10/2022, 12:56 5.7. Fərdi məlumatlar ümumi istifadəli informasiya sistemlərinə açıq mənbələrdən daxil edildikdə həmin informasiya sisteminin operatoru daxil edilən məlumatların tərkibini və əldə edilmə mənbəyini subyektə bildirməlidir. Bu məlumatlar subyektin, məhkəmənin və ya müvafiq icra hakimiyyəti orqanının yazılı tələbi ilə həmin informasiya sistemindən təxirə salınmadan çıxarılmalıdır. 5.8. Mülkiyyətçi və ya operator fərdi məlumatların mühafizəsinin (o cümlədən təsadüfi və icazəsiz məhv edilməsinin, itirilməsinin, qanunsuz müdaxilənin, dəyişdirilməsinin və digər halların qarşısının alınmasının) təmin edilməsinə zəmanət verən texniki-təşkilati tədbirlər görməlidir. 5.9. Fərdi məlumatların mühafizəsinə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 5.10. Fərdi məlumatların arxivləşdirilməsinə aid qaydalar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Maddə 6. Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində dövlət tənzimləməsinin əsas formaları 6.0. Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi sahəsində dövlət tənzimləməsi tədbirləri aşağıdakılardan ibarətdir: 6.0.1. milli informasiya məkanının fərdi məlumatlar bölümünün formalaşdırılması və onun təhlükəsizliyinin təmin olunması, bu sahədə təhdidlərin və mühafizə səviyyəsinin qiymətləndirilməsi; 6.0.2. fərdi məlumatların toplanılmasının və işlənilməsinin hüquqi əsasların��n müəyyən edilməsi; 6.0.3. fərdi məlumatların toplanılması və işlənilməsi zamanı əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi; 6.0.4. fərdi məlumatların toplanılması və işlənilməsi üzrə fəaliyyətin lisenziyalaşdırılması; 6.0.5. fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatının aparılması; 6.0.6. fərdi məlumatların informasiya sistemlərinin, habelə müvafiq informasiya texnologiyaları vasitələrinin sertifikatlaşdırılması; 6.0.7. fərdi məlumatların informasiya sistemlərinin yaradılması və tətbiq edilməsi sahəsində hüquqi və texniki sənədləşdirmənin standartlaşdırılması; 6.0.8. fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin və onların layihə sənədlərinin dövlət ekspertizasının həyata keçirilməsi; 6.0.9. dövlət idarələrarası fərdi məlumatların informasiya sistemlərinin yaradılması və idarə edilməsi sahəsində dövlət tənzimləməsi. III fəsil SUBYEKTİN HÜQUQLARI Maddə 7. Subyektin hüquqları 7.1. Subyekt aşağıdakı hüquqlara malikdir: 7.1.1. informasiya sistemində özü barəsində fərdi məlumatların mövcudluğu, onların mülkiyyətçisi və ya operatoru haqqında məlumat almaq; 7.1.2. informasiya sistemində özü barəsində fərdi məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək, bu məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin subyekt üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq; 7.1.3. informasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq; 7.1.4. informasiya sistemində özü barəsində fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini, üsullarını, onun fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sistemlərinin dairəsini bilmək; 7.1.5. informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin məlumatların müəyyən olunmuş qaydada arxivə verilməsi barədə müraciət etmək; 7.1.6. özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək; 7.1.7. informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək; 7.1.8. informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların mühafizəsini tələb etmək; 7.1.9. özü barəsində toplanılan və işlənilən fərdi məlumatların olduğu informasiya sistemlərinin uyğunluq sertifikatının mövcudluğu və dövlət ekspertizasından keçirilməsi haqqında məlumat almaq; 7.1.10. bu Qanunla və Azərbaycan Respublikasının başqa normativ hüquqi aktları ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək. https://e-qanun.az/framework/19675 Page 3 of 9

Select target paragraph3