998-IIIQ - Fǝrdi mǝlumatlar haqqında
12/10/2022, 12:56
18.2. Fərdi məlumatların informasiya sistemlərinin milli informasiya məkanında dayanıqlı və mühafizə ilə təmin olunmuş şəkildə
qarşılıqlı fəaliyyət göstərməsi və bu sahədə pərakəndəliyə yol verilməməsi üçün onların təminat vasitələrində informasiya
texnologiyaları və təhlükəsizlik standartları tətbiq edilir.
18.3. Milli informasiya məkanının fərdi məlumatlar üzrə bölümündə paylanmış ayrı-ayrı informasiya sistemlərində eyni subyekt
barədə məlumatların uzlaşdırılmasını, bu sahədə pərakəndəliyin və təkrarlığın qarşısının alınmasını təmin etmək üçün fərdi
identifikasiya nömrəsi tətbiq olunur. Ayrı-ayrı mülkiyyətçilərin və müxtəlif təyinatlı fərdi məlumatların informasiya sistemlərinin və
ehtiyatlarının birləşdirilməsi, qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, yolverilməzdir.
18.4. Fərdi məlumatların informasiya sistemlərinə fərdi identifikasiya nömrəsinin daxil edilməsi və istifadə olunması qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 19. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Bu Qanunun pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada
məsuliyyət daşıyırlar.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 may 2010-cu il
№ 998-IIIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
20 iyun 2014-cü il tarixli 995-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 773)
2.
3 aprel 2018-ci il tarixli 1066-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 mart 2018-ci il, № 102, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 856)
3.
8 iyul 2022-ci il tarixli 584-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 19 avqust 2022-ci il,
“Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]
8 iyul 2022-ci il tarixli 584-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 19 avqust
2022-ci il, “Azərbaycan” qəzeti 20 avqust 2022-ci il, № 177) ilə 9.5-ci maddəsində “qüsurlarının” sözü “fiziki çatışmazlıqlarının” sözləri ilə əvəz edilmişdir.
[2]
20 iyun 2014-cü il tarixli 995-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 13 iyul 2014-cü il, № 148; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 773) ilə yeni məzmunda 13.2-1-ci maddə əlavə edilmişdir.
3 aprel 2018-ci il tarixli 1066-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 mart 2018-ci il, № 102, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, № 5, maddə 856) ilə 13.2-1-ci maddədə “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış” sözləri “Vergi və
maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı” sözləri ilə əvəz edilmişdir və həmin maddədən “birbaşa və ya”
sözləri çıxarılmışdır.
https://e-qanun.az/framework/19675
Page 9 of 9