998-IIIQ - Fǝrdi mǝlumatlar haqqında 12/10/2022, 12:56 9.4. Fərdi məlumatların toplanılması və işlənilməsi məqsədlərinə nail olunduqda və onların saxlanılması zərurəti aradan qalxdıqda həmin məlumatlar təxirə salınmadan məhv edilməlidir. 9.5. Fərdi məlumatların bu Qanunla müəyyən olunmuş toplanılması və işlənilməsi şərtləri insan orqanizminin bioloji xüsusiyyətlərini səciyyələndirən və onun kimliyini birmənalı olaraq müəyyənləşdirməyə imkan verən məlumatların — əl-barmaq və ovuc izləri, üz təsviri, gözün qüzehli və tor qişası, səs fraqmenti və onun akustik parametrləri, dezoksiribonuklein turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətlərinin və fiziki çatışmazlıqlarının təsviri, yazı xə(i və imzası, habelə digər biometrik məlumatların toplanılmasına və işlənilməsinə tam həcmdə şamil edilir. [1] 9.6. Fərdi məlumatların toplanılması və işlənilməsi yalnız aşağıdakı şərtlərdən biri olduqda həyata keçirilə bilər: 9.6.1. subyekt fərdi məlumatların toplanılmasına və işlənilməsinə öz razılığını verdikdə və ya bu məlumatlar açıq kateqoriyalı olduqda; 9.6.2. fərdi məlumatlar onların toplanılması və işlənilməsi məqsədlərini və üsullarını müəyyən edən qanunvericilik əsasında işlənildikdə; 9.6.3. elmi və statistik tədqiqat məqsədləri üçün fərdi məlumatlar onların mütləq qaydada adsızlaşdırılması aparılmaqla işlənildikdə; 9.6.4. fərdi məlumatların toplanılması və işlənilməsi subyektin həyat və sağlamlığını qorumaq üçün lazım olduqda. 9.7. Xüsusi kateqoriyalı məlumatların toplanılmasına və işlənilməsinə, aşağıdakı hallar istisna olmaqla, yol verilmir: 9.7.1. xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi qanunla müəyyən olunmuş hallarda məcburi xarakter daşıdıqda; 9.7.2. xüsusi kateqoriyalı məlumatlar bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulmuş qaydada açıq məlumatlar kateqoriyasına aid olduqda; 9.7.3. xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi subyektin, digər şəxsin və ya müvafiq şəxslər qrupunun həyat və sağlamlığının qorunması üçün zəruri olduqda və belə məlumatların əldə olunması üçün subyektin razılığının alınması mümkün olmadıqda; 9.7.4. ictimai birliklərin və digər qeyri-kommersiya təşkilatlarının üzvlərinə aid olan xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi həmin təşkilatlar tərəfindən öz qanuni məqsədlərinə nail olmaq məqsədi ilə və üçüncü şəxsə subyektin razılığı olmadan verilməmək şərti ilə aparıldıqda. 9.8. Bu Qanunun 9.7-ci maddəsində nəzərdə tutulmuş hallarda xüsusi kateqoriyalı məlumatların toplanılması və işlənilməsi səbəbləri aradan qaldırıldıqda həmin məlumatlara dərhal qadağan qoyulmal��, xüsusi kateqoriyalı məlumatların subyekti həmin məlumatların informasiya sistemində saxlanmasına və ya arxivə verilməsinə razılıq vermədikdə bu məlumatlar təxirə salınmadan məhv edilməlidir. 9.9. Mülkiyyətçi fərdi məlumatların toplanılmasını və işlənilməsini müqavilə əsasında, fərdi məlumatların mühafizəsinin təmin olunması şərti ilə operatora həvalə etmək və ya özü operator kimi fəaliyyət göstərmək hüququna malikdir. 9.10. Fərdi məlumatlara dair ümumi istifadəli və korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatlar ödənişli əsaslarla üçüncü şəxslərə təqdim oluna bilər. Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 9.11. Fərdi məlumatların korporativ informasiya sistemlərində bu sistemlərdən istifadə etmək hüququ olan istifadəçilərə xidmət göstərilir. 9.12. İnformasiya sistemlərində və ehtiyatlarında fərdi məlumatların toplanılması, işlənilməsi, sorğuların verilməsi və icrası, ərizələrin qeydiyyatının və baxılmasının nəticələri, habelə informasiya sistemlərinin idarə olunması və mühafizəsi ilə bağlı əməliyyatlar barədə qeydlərin müvafiq nəzarət-audit jurnallarında toplanılması mülkiyyətçi və ya operator tərəfindən təmin olunur. 9.13. Elmi və statistik tədqiqatlar həyata keçirilərkən operator aldığı fərdi məlumatları adsızlaşdırmalıdır. Adsızlaşdırılmış məlumatların işlənilməsi nəticələrinin dövlət sirri təşkil edən məlumatlara aid edildiyi halda həmin məlumatların qorunması dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. 9.14. Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir. Maddə 10. Mülkiyyətçinin və operatorun vəzifələri 10.1. Fərdi məlumatların toplanılması və işlənilməsi zamanı mülkiyyətçinin vəzifələri fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanuniliyini və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Fərdi məlumatların toplanılması və işlənilməsi, həmin məlumatların mühafizəsinin tam təmin olunmaması nəticəsində subyektə dəyən maddi və mənəvi ziyan və onun həcmi məhkəmə tərəfindən müəyyən edilir, qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçi tərəfindən ödənilir. https://e-qanun.az/framework/19675 Page 5 of 9

Select target paragraph3